Gəncə sakinindən 3 kq-a yaxın narkotik vasitə aşkar edildi
    • 2-01-2024, 12:27
    • 160

Gəncə sakinindən 3 kq-a yaxın narkotik vasitə aşkar edildi

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Fəxrəddin Əliyev saxlanılıb.


Bu barədə "News24.az"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.


Ondan 2 kiloqram 75 qram çəkidə marixuana aşkar olunaraq götürülüb.


Araşdırma aparılır.