"Çox danışıb-dərtləşdik" - Ayan Aygün Bəylərdən YAZDI
    • 7-01-2024, 13:58
    • 293

"Çox danışıb-dərtləşdik" - Ayan Aygün Bəylərdən YAZDI

Müğənni Ayan Babakişiyeva dünyasını dəyişən əməkdar artist Aygün Bəylər barədə təsirli paylaşım edib.

News24.az paylaşımı olduğu kimi təqdim edir:

"Sənət həyatımda, mənə əvəzolunmaz hədiyyə verdin, tək mənə bu sənətdə. Sənin Bəstəni ifa etmək tək mənə nəsib, oldu. Əslində hələ də inanmıram yoxluğuna.. Mən səni tək bugün yox, hər zaman ürəyimdə-qəlbimdə sevərək axtarıb sordum. Tək sənətin deyil də, elə sənin o gözəl ürəyini bilirdim. Hər gün danışmasaq da çox danışıb-dərtləşdik. Olan oldu. Sən yenə də mənim qəlbimdəsən, tək mənim deyil hər kəsin qəlbimdə, həyat hekayəsində yaşayacaqsan, çünki o əsərlərin hər kəsin həyatında bir toxunuşu var, olacaq da. Allah sənə rəhmət eləsin, Sənətin Musiqinin Şah Əsəri.