Həkimlərin olduğu təyyarə qəzaya uğradı - ÖLƏN VAR
    • 8-01-2024, 10:34
    • 185

Həkimlərin olduğu təyyarə qəzaya uğradı - ÖLƏN VAR

Kolumbiyanın Valledupar şəhəri yaxınlığında göyərtəsində həkimlərin olduğu “Cessna-421” təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində azı bir nəfər ölüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin qəzaya uğradığını şəhərin meri Ernesto Orozko Duran təsdiqləyib. Lakin o, qurbanların sayını açıqlamayıb.

"Təcili yardım təyyarəsi Alfonso Lopez hava limanından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradı" deyə o, “X” sosial şəbəkəsində yazıb.

11 yaşlı uşağı müalicə üçün Kolumbiyanın paytaxtına aparmalı olan təyyarənin göyərtəsində 6 nəfər olub.

Qəza zamanı həkimlərdən birinin öldüyü məlum olub. Digər şəxslər isə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. 

Səlahiyyətlilər bildiriblər ki, pilot problemlər barədə məlumat verib və hava limanına qayıtmağa cəhd edib.

Teymur Məmmədov