Azərbaycan Ermənistanla bu məsələdə razılığa gələ bilər - GÖRÜŞ GÖZLƏNİLİR
    • 9-01-2024, 11:53
    • 157

Azərbaycan Ermənistanla bu məsələdə razılığa gələ bilər - GÖRÜŞ GÖZLƏNİLİR

Ermənistan və Azərbaycan yanvar ayının sonunda sərhədin delimitasiyası komissiyalarının iclasının keçirilməsi barədə razılığa gələ bilər. 

News24.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Yanvarın sonunda delimitasiya komissiyalarının görüşünə dair razılaşma var. Ümid edirik ki, görüş baş tutacaq”, - deyə Armen Qriqoryan əlavə edib. 

Qeyd edək ki, Ermənistan və Azərbaycanın sərhəd demarkasiyası komissiyalarının sonuncu iclası 2023-cü il noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində baş tutub.

Qumral