Xankəndidə xeyli silah-sursat AŞKARLANDI
    • 13-01-2024, 12:55
    • 183

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 12-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 26 ədəd müxtəlif markalı avtomat silahı aşkar olunaraq götürülüb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bundan başqa 5 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 3482 ədəd müxtəlif çaplı patron, 97 ədəd patron darağı və digər sursatlar da aşkar olunaraq götürülüb.