Zelenski İsveçrəyə getdi - FOTO
    • 15-01-2024, 15:55
    • 91

Zelenski İsveçrəyə getdi - FOTO

Ukrayna prezidenti Vladimir Zelenski İsveçrəyə rəsmi səfərə edib.

News24.az xəbər verir ki, bu barədə ölkə lideri "telegram" hesabında paylaşım edib. 

Zelenski səfər çərçivəsində ölkə rəhbərləri ilə görüşəcək və Davos Forumunda iştirak edəcək. 

Eyni zamanda o, Berndə parlamentin hər iki palatasının sədrləri, partiya və fraksiya rəhbərləri, prezident Viola Amherd ilə danışıqlar aparacaq

Siyasətçi Moskvaya qarşı sanksiyaları və dondurulmuş Rusiya aktivlərindən istifadə mexanizmlərinin axtarışını müzakirə edəcəyi deyilir. 

Bundan əlavə, Zelenski Ukraynanın maliyyə dəstəyi və bərpası mövzusuna toxunacaq. 

O, həmçinin Ukraynanın iqtisadi və hərbi dayanıqlığının gücləndirilməsini müzakirə etmək üçün milli və biznes liderləri ilə görüşəcək.

Qumral