Hava limanında iki təyyarə toqquşdu
    • 16-01-2024, 16:00
    • 93

Hava limanında iki təyyarə toqquşdu

Yaponiyanın Hokkaydonun şimal prefekturasındakı Şin-Çitose hava limanında “Korean Air” və “Cathay Pacific” şirkətlərinə məxsus iki sərnişin təyyarəsi toqquşub. 

News.24.az xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Qəzaya səbəbin Hokkaydoda yağan güclü qarla bağlı olması ehtimal edilir.

 Ölən və yaralananlarla bağlı heç bir məlumat verilməyib.

Mehriban Mirzəzadə