-
- 19-01-2024, 15:26
- 364
Mərasim evində yaralananların SON VƏZİYYƏTİ
Bu gün saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
News24.az xəbər verir ki, bu barədə cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 1 nəfər (qadın cinsli) xəsarət alıb. 46 yaşlı zərərçəkən bel nahiyəsinin travması ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda xəstənin vəziyyəti orta ağırdır. Ona zəruri tibbi yardımın göstərilməsi davam etdirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub. İkimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.