Ombudsman prezident seçkilərinə hazırlıq prosesindən danışdı
    • 20-01-2024, 11:10
    • 114

Ombudsman prezident seçkilərinə hazırlıq prosesindən danışdı

"Prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planı tərtib olunub".

News24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, fəaliyyət planına əsasən ölkədə silsilə tədbirlər keçirilir: "İlk tədbirlər Bakı, Gəncə şəhərlərində, Şəki, Quba və Naxçıvanda olub".

S.Əliyeva vurğulayıb ki, tədbirlər çərçivəsində vətəndaşların seçki hüququnun təmini haqqında təlimlər keçirilir.


Fərid Azəri