Oqtay Şirəliyevin qızı -
    • 22-01-2024, 16:39
    • 524

Oqtay Şirəliyevin qızı - "Mən şəxsi suallara cavab vermirəm"

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranması ilə bağlı məlumat vermişdik. 

News24.az xəbər verir ki, hazırda Türkiyədə müalicə alan keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin səhhətinin ağırlaşdığı barədə məlumat yayılıb. 

"Bakupost” eks-nazirin beynindəki şişin metastaz verdiyini yazıb. 

Yazıda bildirilir ki, xəstəliyin sürətlə inkişafı O. Şirəliyevin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.

Məsələ ilə bağlı keçmiş səhiyyə nazirinin qızı Nərmin Şirəliyeva əlaqə saxladıq.

Onunla söhbəti olduğu kimi təqdim edirik:

- Biz sizi Azərbaycandan, News24.az xəbər portalından narahat edirik. İnternet şəbəkəsində atanız Oqtay Şirəliyevin vəziyyətinin ağırlaşdığı barədə xəbər yayılıb. 

- Mən heç bir şərh vermirəm. Hörmətli həmkarlar, mən bunu şərh etməyəcəyəm. Sizdən qəbul edəcəyim yeganə suallar yalnız işimlə bağlı ola bilər. Mən “Cosmos Group”un tədbirlər üzrə direktoruyam. Hər hansı şəxsi suala cavab vermirəm...

Keçmiş nazirin qızı fikirlərini tamamladıqdan sonra dəstəyi asıb. 

Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.

Fərid Azəri