Vout Veqorstdan "Trabzonspor" iddialarına cavab
    • Dünən, 23:40
    • 57

Vout Veqorstdan "Trabzonspor" iddialarına cavab

"Trabzonspor"a transfer olunacağı iddia edilən Vout Veqorst gələcəyi ilə bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, hollandiyalı hücumçu onunla maraqlanan bir neçə klubun olduğunu, lakin hələlik "Bernli" ilə məşqlərə başlayacağını qeyd edib.

Veqorst un açıqlamalarında aşağıdakı ifadələr yer aldı:

"Maraqlanan bir neçə klub var, amma hələlik "Bernli"də məşqlərə başlayacağam və ümid edirəm ki, özümü uğurlu bir il üçün hazırlayacağam. Düşünürəm ki, hər iki tərəfə uyğun bir həll tapmalıyıq".

Günel Məlikzadə