-
- 22-01-2024, 20:00
- 300
Tibb tarixində MÖCÜZƏ: 5 yaşlı uşağın ürəyini çıxarıb... - FOTO
Ana bətnində ikən ürəyində şiş aşkarlanan uşağın son durumu hər kəsi heyrətə salıb.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, hazırda 5 yaşı olan Ekin Ada Işık ilə bağlı həkimlər əməliyyatın vacib olduğunu bildiriblər.
Ekin Ada Işık 5 yaşında möcüzəvi əməliyyatla yenidən doğulub.
Balıkəsirdə yaşayan Mustafa və Fahriye Işık cütlüyünün tək övladı olan Ekin Ada 32 həftəlik ana bətnində olarkən ürəyində şiş aşkarlanıb. Həkimlər körpənin qüsurlu doğulacağını bildirsələr də, anası onu dünyaya gətirmək istəyib.
5 yaşına kimi körpənin şişi ürəyi ilə birlikdə böyüyüb və 8 santimetrlik kiçik ürəyi özü boyda da böyük bir şişi daşımalı olub. Ekin Ada ötən ilin oktyabr ayında Koç Universiteti Xəstəxanasında dünya tibb tarixinə daxil olacaq əməliyyatla yenidən doğulub.
"Əsrin ürək cərrahı" kimi tanınan professor Afksendiyos Kalanqos 8 saatlıq əməliyyat zamanı Ekin Adanın ürəyini çıxararaq şişi təmizlədikdən sonra transplantasiya edib.
"O qədər riskli əməliyyat idi ki, nəfəsimizi tutaraq etdik. Əgər başqa bədəndən bir ürək nəqli olsaydı, daha asan olardı. Avtotransplantasiyada, yəni xəstənin özündən transplantasiyada ən kiçik səhv zamanı əvəz edə biləcəyiniz başqa orqan yoxdur", - deyə professor bildirib.