Dumanlı havada... - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
    • 15-04-2019, 11:32
    • 795

Dumanlı havada... - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

"Hansı ərazidə duman varsa, sürücülər duman işıqlarını yandırıb, hərəkət etməlidirlər. Sürəti minimuma endirsinlər".

Bunu News24.az-a Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. O, qeyd edib ki, sürücülərə avtomobillərinin duman əleyhinə işıqlarını yandırıb, hərəkət etmək, sürəti minumuma endirmək, ara məsafəni normadan artıq saxlamaq lazımdır.
 
“Yasamal ərazisi hündürdə yerləşdiyi üçün duman, çiskin hiss olunur. Sürücülərdən xahis edirəm, sürəti minimuma endirsinlər. Hər bir sürücü çalışmalıdır ki, yol-nəqliyyat hadisəsi baş verməsin. Bunun üçün də diqqətli olmalıdırlar ” - deyə, V. Əsədov sürücülərə tövsiyə edib.