Türkiyə İsveçin NATO-ya müraciətini təsdiqlədi
    • 24-01-2024, 12:00
    • 158

Türkiyə İsveçin NATO-ya müraciətini təsdiqlədi

Türkiyə parlamenti İsveçin NATO-ya daxil olma protokolunu ratifikasiya edən qanun layihəsini təsdiqləyib.

News24.az xəbər verir ki, bu barədə Türk mediası məlumat yayıb.

Qeyd edək ki, sənədi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladıqdan və hökumət qəzetində dərc olunduqdan sonra qüvvəyə minəcək.

Məlumata görə, Ankara Stokholmdan terrorla mübarizə ilə bağlı razılaşmaların həyata keçirilməsini və müdafiə məhsullarının tədarükünə qoyulan embarqonun aradan qaldırılmasını tələb edib. İsveç 2023-cü il dekabrın sonunda türk şirkətlərinə bu cür ixracat üçün icazələr verməyə başladığını elan etdikdən sonra Türkiyə Stokholmun NATO-ya üzvlük məsələsində irəliləyiş gözlədiyini bildirib.

Xatırladaq ki, sənədin lehinə 287 parlament üzvü səs verib. 55 nəfər sənədin əleyhinə səs verib, 4 nəfər bitərəf qalıb.

Mehriban Mirzəzadə