-
- 26-01-2024, 15:35
- 1 049
2025-ci il məzənnə dəyişəcək - AÇIQLAMA
Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Biz uzun zaman sabit məzənnə rejimində yaşamışıq. Amma 2005-2015-ci ildə də sabit məzənnə rejimi idi. Bu isə 10 ildən artıq çəkmədi.
10 ildən sonra Azərbaycan manatı devalivasiyaya uğradığına diqqət çəkən iqtisadçı ekspert Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, Azərbaycan uzunmüddətdir ki, sabit məzənnə rejimindədir:
"Təqribən 8-ci ildir ki, Azərbaycan sabit məzənnə rejimindədir. Sabit məzənnə rejimimdə olmağın müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, biznes önünü görə bilir. Yəni, başqa ölkələrdəki, Türkiyədəki və yaxud Rusiyadakı kimi tez-tez məzənnə dəyişmir və öz işlərini daha yaxşı planlaşdıra bilir. Amma mənfi tərəfi də ondan ibarətdir ki, bu bazar iqtisadiyyatı elementi olmadığına görə ölkənin iqtisadiyyatının liberal bazar iqtisadiyyatı təməlinə oturmasına maneçilik törədir".
Ekspert bildirib ki, bugünədək Rusiyada rubl iki, Türkiyədə isə lirə dörd dəfədən çox dəyərdən düşüb:
“Bizim əsas ticarət tərəfdaşlarımız da Rusiya ilə Türkiyədir. Həmin ölkələrdən mal gətirmək çox sərfəli olub. Çox sərfəli olduğu üçün də yerli istehsalının inkişafına, yerli məhsul ixracatına da maneələr törədir. Bundan başqa turizm üçün də əngəllər yaradır. Məsələn, 100 dolları turist Türkiyəyə gedəndə bunu xırdalıyanda cəmi 3 min lirə əldə edir. Azərbaycanda isə 8 ildi dəyişməyən məzənnə rejimində fəaliyyət göstərir. Düşünürəm ki, 2025-ci ilə müəyyən dəyişikliklər edilməsinə şərait yaranacaq”.
Mehriban Mirzəzadə