Tramp: ABŞ sərhədindəki vəziyyət fəlakətə çevriləcək
    • 28-01-2024, 08:37
    • 103

Tramp: ABŞ sərhədindəki vəziyyət fəlakətə çevriləcək


ABŞ sərhəddəki vəziyyətə görə məhv olur.

News24.az APA-ya istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nevada ştatında tərəfdarları ilə görüşündə deyib.

“Ölkəmiz ölür. Sərhədimiz açıqdır. Açıq yaradır. Bu, əvvəllər heç vaxt olmayıb”, - deyə siyasətçi vurğulayıb.

Eyni zamanda, onun fikrincə, gələcəkdə vəziyyət “daha da pisləşə bilər”. Tramp xəbərdarlıq edib ki, ölkə sakinlərini əsl fəlakət gözləyə bilər.