Rustam Karimov Özbəkistana təhvil verildi
    • 29-01-2024, 19:35
    • 116

Rustam Karimov Özbəkistana təhvil verildi

Özbəkistanda dələduzluq əməlini törətməkdə təqsirləndirilərək 26.05.2023-cü il tarixində həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən, 1981-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Karimov Rustam Hikmatullayeviçin verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, R.H.Karimov cari ilin oktyabr ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.