"Ağıllıları efirə yaxın buraxmırlar" — AÇIQLAMA
    • 31-01-2024, 12:25
    • 806

"Ağıllıları efirə yaxın buraxmırlar" — AÇIQLAMA

“Azərbaycanda yetəri qədər diplomu olan insanlar var, amma ziyalılar çox azdır”.

 Bu fikirləri News24.az-a açıqlamasında şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.  O bildirib ki, Azərbaycanda ziyalı barmaqla sayılası qədərdir:

“Görünür, sözün düzünü deyənləri, ağıllı danışanları efirlərə yaxın buraxmırlar. Onlar normal adam olduqları üçün şit hərəkətlərlə, qeyri-etik davranışlarla, bədnam hadisələrlə tanınmaq istəmirlər. Bu da normal bir şeydir. Bu qədər adamlarım sosial şəbəkələrdə bu qədər məşhurlaşması bazarın təlabatından irəli gəlir. Deməli, bazar bunu tələb edir. Bazar Ramiz Rövşənə qulaq asmır, “TikTok”da mənşəyi bəlli olmayan birini izləyir. Hazırda reallığımız budur. Dünyada iki cür insan var, cahil insan və kamil insan. Nə qədər ki, Azərbaycanda cahil insanlar çoxluq təşkil edəcək, bu reallıq davam edəcək. O zaman ki, cəmiyyət sivil bir cəmiyyət olaraq yetişəcək ki, o zaman kamil insanlar da çox olacaq. Diplomlu yox, oxumuş insanlar çox olsun. Dünyanın hardan gəlib, hardan getdiyini dərk edən insanlar çox olsun. Bax, onda hər şey düzələcək. Bu cəmiyyətin formalaşması üçün hələ çox uzun bir müddət lazım olacaq”.

Mehriban Mirzəzadə