ŞAD XƏBƏR! Bu xəstələr pulsuz dərman ALA BİLƏCƏK
    • 31-01-2024, 16:19
    • 507

ŞAD XƏBƏR! Bu xəstələr pulsuz dərman ALA BİLƏCƏK

Azərbaycanda ambulator müalicə alanların dərmanla təminatına başlanılacaq. Vətəndaşlar pulsuz müayinə ilə yanaşı, dərmanlarını da apteklərdən dövlət hesabına təmin edə biləcəklər. Bəs, bu mexanizm necə olacaq? İlk hansı dərmanların təminatına başlanılacaq? Hansı dərmanlar dövlət hesabına veriləcək?

Yuxarıda qeyd etdiyimiz suallarla bağlı Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyevə müraciət etdik. News24.az-a danışan Azər Xudiyev bildirdi ki, xroniki xəstəliklərlə bağlı dərman təchizatı qismən həyata keçirilir:

"İcbari Tibbi Sığortanın müayinə və müalicə zərfinə daxil olan bütün xəstəliklərin 90 faizinin dərman təminatı aparılır. Stasionar dərman təchizatı həyata keçirilir və 2024-cü ildə tam şəkildə təmin edilməsi gözlənilir. Bəzi xroniki xəstəliklər - şəkərli diabet, xroniki-kardioloji xəstəliklər, nadir rast gəlinən xroniki xəstəliklərin daşıyıcıları qismən dərmanla təmin olunur. Vətəndaşlarımız lazımi protokollar əsasında dərman vasitələrinin alınmasını ilə təmin olunacaqlar. Ancaq mexanizm tam hazır deyil və hazırda üzərində işlənilir. Elektron resept tətbiqi hazırlanıb,lakin mexanizm hələ ki işləmir. Bir neçə ilə tamamilə keçid nəzərdə tutulur". 

Assosiasiyasının rəhbəri onu da vurğulayıb ki, dərman istehsalı strategiyasını təmin etmək məqsədilə layihələr hazırlanır:

"İstehsal sahələri müəyyən edilib və artıq Pirallahıda 5 layihə var. Burada həm dərman, həm də tibbi sərflərin istehsalı nəzərdə tutulur".

Qumral