"Gəldi dedi ki, telefonunu ver"
    • 4-02-2024, 10:44
    • 576

"Gəldi dedi ki, telefonunu ver"

Aşıq Zülfiyyə İbadova heç bir sosial şəbəkədən istifadə etmədiyini açıqlayıb.

News24.az publika.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, oğlu Babək Quluzadə ona icazə vermir:

"Səhifə açdım, bir gecədə min izləyici gəldi. Gəldi dedi ki, telefonunu ver. Götürdü ki, "Instagram" səhifəsi açmısan? Sevinərək, cavab verdim ki, hə. Qayıtdı ki, çox nahaq. Şifrəni istədi, vermədim. Nəvəm dedi ki, mən bilirəm. Açdılar, hər şeyi sildilər".