Kadırov qohumlarına vəzifə
    • 5-02-2024, 18:20
    • 185

Kadırov qohumlarına vəzifə "payladı"

Çeçenistan lideri Kadırov 24 yaşlı qızını vitse-prezident təyin edib.

News24.az “Qafqaz düyünü” qəzetinə istinadən xəbər verir ki, Kadırov bu təyinatı "Telegram" kanalında yayımlayıb.

Kadırov 24 yaşlı qızı ilə yanaşı, daha bir qızı - 25 yaşlı Ayşat Çeçenistan baş nazirinin müavini , Kadırovun böyük oğlu 18 yaşlı Əhməd isə idman və gənclər siyasətindən məsul nazir müavini təyin edilib. Bu təyinatdan öncə Ayşat mədəniyyət naziri vəzifəsində çalışıb. 

Xatırladaq ki, ötən il Kadırovun 26 yaşlı kürəkəni Viskan Matsuev və Ayşətin həyat yoldaşı kənd təsərrüfatı naziri, 56 yaşlı qaynı Ramzan Çerkiqov nəqliyyat naziri, 27 yaşlı qardaşı oğlu Həmzət isə nazir olmuşdu.