Qış yuxusundan qəfil ayılan ilanlar - Zəlzələ əlamətidir?
    • 7-02-2024, 15:01
    • 686

Qış yuxusundan qəfil ayılan ilanlar - Zəlzələ əlamətidir?

Türkiyədə qış yuxusuna getdiyi güman edilən ilanlar yuxalarından çıxıb. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, qış aylarında peyda olan ilanların zəlzələ əlaməti olduğunu düşünənlər narahat olub.

Kurukaymak Tənzi kəndində qar üzərində sürünən heyvanları mobil telefon kamerası ilə lentə alınıb.

Heyvandarlıqla məşğul olan kənd sakini Okan Duman deyib: “Hər yer ilanla doludur. Təbiətə nə olub, zəlzələ olacaq? İnana bilmirəm, qışın oğlan çağında qar üstündə ilanlar sürünür".