Rusiya Cənubi Koreyanı hədələdi
    • 10-02-2024, 15:00
    • 182

Rusiya Cənubi Koreyanı hədələdi

Cənubi Koreya Ukraynaya birbaşa sursat tədarük etmək qərarına gəlsə, böyük səhvə yol verəcək.

News24.az xəbər verir ki, bunu Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora deyib.

“Cənubi Koreyanı Ukraynaya birbaşa döyüş sursatı verməyə təşviq etmək üçün ona təzyiqlər edilir. Seulda belə əmlakın böyük ehtiyatları var. Ümid edirəm ki, cənubi koreyalılar təxribata boyun əyməyəcək. Bu, çox böyük səhv və nəticələri çox ağır olar”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, Cənubi Koreya Kiyevə birbaşa silah tədarükünü təşkil etməsə, Moskva və Seul tərəfdaşlıq münasibətlərini bərpa edə bilər.

Mehriban Mirzəzadə