Ermənistan ərköyünlük dövrlərini yada salmasın - SƏRT XƏBƏRDARLIQ
    • 13-02-2024, 11:45
    • 370

Ermənistan ərköyünlük dövrlərini yada salmasın - SƏRT XƏBƏRDARLIQ

Ermənistan keçmişdəki ərköyünlük dövrlərini yada salmasın.

Bu sözləri News24.az-a açıqlamasında millət vəkili Fazil Mustafa növbəti erməni təxribatı ilə bağlı danışarkən deyib. Deputat vurğulayıb ki, Ermənistan illərdir bu cür təxribatlar törədir:

"Təbii ki, hər zaman bu təxribatların nəticəsi məğlubiyyətlə yekunlaşır. Ona görə də, bunun səbəbi nədir, hansı məqsədlə edir artıq bunu düşünmək yerinə cavabını vermək lazımdır. Azərbaycan öz müəyyən imkanları ilə istənilən təxribatın qarşısını ala biləcək gücdədir. Bu baxımdan da, Ermənistanın atdığı addımlar bu qədər bizi narahat etməməlidir. Biz daha çox bu ölkədə Ermənistana qarşı öz siyasətimizi, xüsusilə də, böyük sülh sazişinin imzalanması istiqamətində diplomatik sahədə işlərimizi artırmalıyıq. Eyni zamanda da hərbi gücümüzü də artırmalıyıq”.

Mehriban Mirzəzadə