Keçmiş Sovet İttifaqı Qəhrəmanı VƏFAT ETDİ
    • 13-02-2024, 14:48
    • 176

Keçmiş Sovet İttifaqı Qəhrəmanı VƏFAT ETDİ

Keçmiş Sovet İttifaqı Qəhrəmanı general-polkovnik Valeri Vostrotin bu gün vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Buna səbəb kimi onun uzun müddətdir mübarizə apardığı ağır xəstəlik göstərilir.

Generalın 72 yaşı var idi.

Qeyd edək ki, o, 1989-cu ildə Əfqanıstanda döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. (Report)