Moskva birjasında ticarət dayandırılıb
    • 14-02-2024, 16:54
    • 212

Moskva birjasında ticarət dayandırılıb

Moskva Birjasından edilən yazılı açıqlamada saat 11:36-da bütün əməliyyatların dayandırıldığı bildirilib.

News24.az xəbər verir ki, açıqlamada əməliyyatlar yenidən başladıqda əlavə açıqlama veriləcəyi qeyd edilsə də, əməliyyatların niyə dayandırıldığı ilə bağlı məlumat paylaşılmayıb.

Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Moskva birjasında əməliyyatlarda texniki fasilələr yaranıb və vaxtaşırı əməliyyatlar dayandırılıb.

Günel Məlikzadə