Ceyhan terminallarında əməliyyatlar dayandırıldı
    • 6-02-2023, 11:57
    • 151

Ceyhan terminallarında əməliyyatlar dayandırıldı

Kahramanmaraş zəlzələsindən sonra Ceyhan (Bakı-Tbilisi-Ceyhan) terminallarında ziyan hesabatı və fövqəladə iclas səbəbilə əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

News24.az xəbər verir ki, "Tribeca" şirkəti Türkiyənin cənub-şərq bölgəsindəki limanların zəlzələdən təsirləndiyi və əməliyyatlarda gecikmələrin olduğu bildirib: "Hazırda Ceyhan (BTC) terminallarında əməliyyatlar dəyən zərərin hesabatı və fövqəladə toplantı ilə əlaqədar dayandırılıb. Ceyhan və digər limanlardan hər hansı yenilik olarsa, məlumat veriləcək". /Haber Global/

Teymur MƏMMƏDOV