Ermənistanda keçmiş nazirlərin HƏBSİNƏ BAŞLANDI?
    • 15-02-2024, 17:54
    • 152

Ermənistanda keçmiş nazirlərin HƏBSİNƏ BAŞLANDI?

Ermənistanın sabiq iqtisadiyyat naziri Vaan Kerobyan İstintaq İdarəsinə aparılıb.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, faktı komitədən təsdiqləyiblər. 

Bildirilib ki, keçmiş nazir daha çox "Sinerji" adı ilə tanınan cinayət işi üzrə cəlb olunub. 

Xatırladaq ki, V. Kerobyan ötən günkü çıxışında həm hökumətin, həm də istintaq orqanlarının fəaliyyətini tənqid edib. Keçmiş nazir onları əksər vacib məsələlərə səthi yanaşmaqda suçlayıb.

Keçmiş nazirin istintaq orqanına çağırılması məhz son çıxışı ilə əlaqələndirilir. Onun həbs ediləcəyi istisna edilmir.

Fərid Azəri