"NATO-nun cənub cinahı üçün vacibdir"
    • 15-02-2024, 18:07
    • 138

"NATO-nun cənub cinahı üçün vacibdir"

NATO-nun Brüsseldəki kritik sammitindən əvvəl alyansın bir nömrəli üzvündən diqqətçəkən açıqlama gəldi. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyə NATO-nun cənub cinahı üçün mühüm müttəfiqdir.

News24.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun paytaxt Brüsseldəki mənzil-qərargahında keçirilən NATO Müdafiə Nazirləri Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Donald Trampın NATO-nun 5-ci maddəsinin yalnız müdafiə xərcləri hədəflərinə çatan ölkələr üçün aktivləşdirilməsi təklifi ilə bağlı suala Stoltenberq, “5-ci maddə, yəni bütün müttəfiqləri müdafiə etmək öhdəliyi və bir müttəfiqə hücumun bütün müttəfiqlərə hücum hesab ediləcəyi məsələsi NATO-nun ürəyidir və təbii ki, bu, bütün müttəfiqlərə aiddir. Çünki biz bilirik ki, müttəfiqlərimizi müdafiə etməmək bizim hamımızın təhlükəsizliyini zəiflədəcək. Bütün Alyansı qorumaq üçün ön cəbhədə olan əsgərlərimizi və şəxsi heyətimizi riskə atacaq”.

O əlavə edib ki,  "Unutmamalıyıq ki, Aİ-yə daxil olmayan NATO müttəfiqləri NATO-nun müdafiə xərclərinin 80 faizini təşkil edir və bu, təkcə resurslara deyil, həm də coğrafiyaya aiddir. Cənuba baxdığımızda, Aİ-dən kənar müttəfiq olan, lakin cənub cinahımız üçün vacib olan Türkiyə var".

Günel Məlikzadə