O, şeytan çıxarma ritualının qurbanı olaraq ÖLDÜRÜLDÜ
    • 16-02-2024, 16:33
    • 146

O, şeytan çıxarma ritualının qurbanı olaraq ÖLDÜRÜLDÜ

O, “içində yaşayan varlıqların” olmasından qorxurdu. Sonradan qatili olacaq keşişlər onun sağalması üçün şeytan çıxarmağa ehtiyac olduğunu söyləyərək qadını qəbiristanlığa apardılar. Qəbiristanlıq dəhşətli işgəncələrə səhnə olub. Onu xəstəxanaya çatdırmaq istəyəndə isə artıq ölmüşdü.

News24.az xəbər verir ki, dörd kişi şeytan çıxarma ayini zamanı bir qadını vəhşicəsinə öldürməkdə şübhəli bilinərək həbs edilib. Qan donduran hadisə zamanı Zilda Correa Bitencourt adlı qadın Braziliyada qəbiristanlıqda çarmıxa çəkilərək vəhşicəsinə döyülüb. İki qardaş, atası və bir qadın da daxil olmaqla dörd şübhəli Zildanın cansız bədənini xəstəxanaya apararkən polis tərəfindən saxlanılıb.

Polis sözçüsü Sandro Meinerzin sözlərinə görə, şübhəlilər işgəncə yolu ilə ağır qətl törətməkdə ittiham olunurlar. Qadının öldüyü vaxt Zildanın əri və adları açıqlanmayan oğlunun qəbiristanlıqda olduğu da bildirilir. Yerli mətbuatın məlumatına görə, 57 yaşlı Zilda hansısa mənəvi təmizlənmə mərasimi üçün bölgəyə aparılıb. Adları açıqlanmayan iki şübhəli polisə 20 ildir "içəridə yaşayan iki varlığı" aradan qaldırmağa çalışdıqlarını iddia edib.

Lakin əslində Zilda qan donduran işgəncələrə məruz qalaraq dünyasını dəyişib. Dəhşətli ritualın Afrika-Braziliya keşişinin bir növü olan "müqəddəslərin atası" mənasını verən "pais de santos" adlı duet tərəfindən edildiyi bildirilir. Yerli mətbuatda iştirak edən xəbərlərə görə, hadisə şahidləri iddia edib ki, onlar Zildaya yumruq, sillə, başına zərbələr endiriblər. Bədəninin müxtəlif nahiyələrinə dəyənəklərlə vvurublar. Yazıq qadın dəfələrlə yerə yıxılıb və nəhayət çarmıxa çəkilib.

Günel Məlikzadə