Gəncədə 5 otaqlı ev tamamilə YANDI
    • 17-02-2024, 16:40
    • 202

Gəncədə 5 otaqlı ev tamamilə YANDI

Gəncə şəhərində fərdi evdə yanğın olub.

News24.az-ın məlumatına görə, hadisə şəhərin Ordubadi küçəsi 101 ünvanında yerləşən, 1995-ci il təvəllüdlü E.Aslanova məxsus evdə qeydə alınıb.

Ümumi sahəsi 220 kvadratmetr olan 5 otaqlı evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində ev içərisindəki əşyalarla birgə tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır./Report/