Rusiya mediasında Navalnının ölümü..
    • 17-02-2024, 12:45
    • 216

Rusiya mediasında Navalnının ölümü..

İddia olunur ki, Rusiya dövlət mediası hakimiyyəti tənqid edənlərə çox efir vaxtı, bəzən də yayım hüququ vermir. Putin administrasiyasına yaxınlığı ilə tanınan medianın Aleksey Navalnının ölüm xəbəri ilə bağlı ilkin qiymətləndirmələri də natamam və qeyri-adekvat olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın ən böyük auditoriyaya malik media qurumları olan dövlət televiziya kanallarında Navalnının ölümü ilə bağlı xəbərlər az olub. İlk xəbər girişi əsasən yavaş və səliqəsiz idi.

Ən məşhur kanallardan biri olan Birinci Kanal və Rossiya 1-də Navalnının ölüm xəbəri yayılandan bir saat sonra belə heçnə yayımlanmayıb.

Dərc edilmiş xəbərlərdə Navalnının kim olduğu və nə üçün həbsdə olması ilə bağlı heç bir kontekstual məlumat olmayıb.

Tamaşaçılara onun ölümü ilə bağlı “hərtərəfli araşdırma” aparılacağı bildirilsə də, bir nəfər də olsun Rusiya müxalifət liderinin tam adını çəkməyib və xəbərlərdə o, yalnız “Navalnı” kimi təqdim olunub.

Başqa bir məşhur dövlət televiziya kanalına çıxan siyasətçi Navalnının ölümü ilə bağlı başsağlığı verməyə çalışanda verilişin aparıcısı bunun müzakirə etdikləri ilə nə əlaqəsi olduğunu soruşub.

Lakin sosial mediada vəziyyət tamam fərqlidir.

Xəbər "X (keçmiş Twitter)" və getdikcə populyarlaşan xəbər mənbəyi "Telegram" kimi bütün platformalarda verilib və gecə boyu gündəmdə qalıb.

Navalnı ilə bağlı yazılar Telegram-da ən çox baxılanlar sırasında olub və bir neçə saat ərzində yüz minlərlə, bəzən isə bir milyondan çox baxış toplayıb.

Günel Məlikzadə