ABŞ Ukraynaya dəstəyi dayandırır?
    • 19-02-2024, 10:30
    • 110

ABŞ Ukraynaya dəstəyi dayandırır?

Avropa rəsmiləri Donald Trampın ABŞ prezidentliyinə qayıtması halında təhlükəsizlik planını nəzərdən keçirir.

News24.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

“Azad dünyanın keçmiş və bəlkə də gələcək lideri oturub Rusiyanın NATO müttəfiqlərinə hücumunu seyr edəcəyini dedikdə, biz ABŞ-ın Avropa və Ukrayna qarşısındakı öhdəliyinin necə görünə biləcəyini yenidən düşünməli olacağıq”, - məlumatda deyilir.

Onun sözlərinə görə, Avropa ölkələri “ən yaxşıya ümid etməli, lakin ən pisinə hazırlaşmalıdır”. Belə bir ssenari Ukraynaya dəstəyin kəsilməsini və Rusiyanın regionda sabitliyi pozmağa imkan verməsini nəzərdə tutur.

Mehriban Mirzəzadə