"Qalatasaray" yeni transferini açıqladı - FOTO
    • Bu gün, 09:27
    • 81

"Qalatasaray" yeni transferini açıqladı - FOTO

"Qalatasaray" braziliyalı yarımmüdafiəçi Qabriel Saranı heyətinə qatdığını açıqlayıb.

News24.az xəbər verir ki,v yeni mövsüm öncəsi transfer səylərini davam etdirən "Qalatasaray" 25 yaşlı braziliyalı yarımmüdafiəçi Qabriel Sara ilə 5 illik müqavilə imzaladığını İctimai Məlumat Platformasına (KAP) bildirib.

Sarı-qırmızılı klubdan transferlə bağlı KAP-a edilən açıqlamada, "Peşəkar futbolçu Qabriel Davi Qomes Sara və onun klubu Norwich City Football Club PLC ilə futbolçunun transferi ilə bağlı razılıq əldə olunub. Buna uyğun olaraq transfer Futbolçunun keçmiş klubuna 3 mövsümə bölünən 9 bərabər hissədə 18.000.000 Avro hər futbol mövsümü üçün ödəniləcək".

Günel Məlikzadə