Bakıda avtobus 10-dan çox maşına çırpıldı - VİDEO
    • Bu gün, 08:37
    • 174

Bakıda avtobus 10-dan çox maşına çırpıldı - VİDEO

Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, 165 nömrəli avtobusun sürücüsü idarəetməni itirərək hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpılıb.

Hadisə nəticəsində 10-dan çox avtomobilə ziyan dəyib.

Yaralıların olduğu ehtimal edilir.