"Addım-addım yaxınlaşırıq" - Ərdoğandan mühüm sülh açıqlaması
    • 9-11-2023, 13:31
    • 156

"Addım-addım yaxınlaşırıq" - Ərdoğandan mühüm sülh açıqlaması

“Biz həyata keçirdiyimiz layihələr, o cümlədən TANAP vasitəsilə ölkəmizin və regionun enerji təhlükəsizliyini təmin etmişik”. 

News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Astanada keçirilən 16-cı sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyəti artıb. 

“Biz onun fəaliyyətini inkişaf etdirməliyik, Qarabağın işğalının başa çatması ilə görürük ki, biz addım-addım regionumuzda sabit sülhə yaxınlaşırıq.

Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi bu prosesi asanlaşdıracaq. Yaxın gələcəkdə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin həyata keçirilməsi son dərəcə vacibdir”.

Ayşən