-
- 21-02-2024, 19:25
- 240
Qatlana bilən telefon bazarının lideri kimdir?
Qatlana bilən telefon bazarında şirkətlərin bazar payları açıqlanıb.
News24.az xəbər verir ki, 2023-cü ildə 114,5 faiz artım qeydə alınan qatlanan telefon bazarında Çin şirkətləri yüksək mövqeləri tutmağı bacarıb.
Qatlana bilən telefonların həyatımıza yeni daxil olduğunu söyləyə bilərik. Hələ hər kəsdə olmasa da, satış rəqəmləri qatlanan telefonlara tələbatın olduğunu göstərir. Çində ən çox satılan markanın "Huawei" olduğu bildirilib.
Çindəki məlumatlara görə, "Huawei" 37,4% payla sözügedən bazarın lideri olub. "Oppo" 18,3 faizlə siyahıda ikinci, "Honor" isə 17,7% ilə Oppodan dərhal geridə qalıb. Smartfon bazarında dünyanın ən böyük oyunçusu kimi tanınan "Samsung" 11 faizlə bazarda dördüncü yerdə qərarlaşıb. "vivo" 9,7% ilə Çinin beşinci ən çox satılan markası olub.
Günel Məlikzadə