Diqqət etməli olduğunuz 5 saxtakarlıq üsulu
    • 22-02-2024, 16:50
    • 104

Diqqət etməli olduğunuz 5 saxtakarlıq üsulu

Kibercinayətlər bütün dünyada fərdlər, təşkilatlar və dövlətlər üçün risklər yaratmağa davam edir. 

News24.az xəbər verir ki, bəzi kibertəhlükəsizlik şirkətlərinin hesabatlarına görə, 2023-cü ildə hücumlar əvvəlki ilə nisbətən 30 faiz artıb. Mütəxəssislər 2024-cü ildə bu nisbətin daha da artacağı ilə bağlı xəbərdarlıq edirlər.

Texnologiya sürətlə inkişaf etdikcə fırıldaqçılar daim yeni üsullar inkişaf etdirirlər. Xüsusilə də smartfonlardan istifadənin artması, internet saytlarının çoxalması və bəzi populyar proqramların milyonlarla istifadəçiyə sahib olması kiber hakerləri daha da hiyləgər edir. Bu vəziyyət həm də ciddi təhlükəsizlik problemlərini gətirir.

Qeyd edək ki, istifadəçilər beş gözlənilən hücum barədə xəbərdarlıq edilib.

Bu xəbərdarlıqlar müvafiq olaraq e-poçt və ya sosial media hesablarını hədəf alan "spear phishing", istifadəçiləri istənməyən kliklər və ya hərəkətlər etmək üçün aldadan "tapjacking", saxta QR kodlarından istifadə edərək istifadəçiləri zərərli vebsaytlara yönəltmək üsulu olan "quishing", süni intellektlə "deepfake" saxtakarlıq və nəhayət, internet üzərindən məhsulları, xidmətləri və ya məzmunu tanıtmaq üçün istifadə edilən yalançı reklamlarla bağlıdır.

Günel Məlikzadə