-
- 22-02-2024, 20:22
- 213
“Neftçi” bir futbolçusu ilə yollarını ayıra bilər - FOTO
"Neftçi" bir futbolçusu ilə yollarını ayıra bilər.
News24.az bildirir ki, offsideplus.az-ın məlumatına görə, söhbət Mark Tamaşdan gedir.
Müdafiəçi ilə Yaponiya klubları yaxından maraqlanır. J Liqasında çıxış edən "Kaşima Antlers" macarıstanlını transfer etmək istəyir. "Neftçi" ilə danışıqlar artıq başlayıb. Flaqman keçid üçün 250 min dollar pul tələb edib. Yaponiya təmsilçisi ödənişi etməyə hazırdır.
Mark Tamaşla daha bir Asiya təmsilçisi maraqlanır. Söhbət Yaponiya J2 Liqasında çıxış edən "Simidzu S-Pals"dan gedir. Bu klubla da danışıqlar davam edir.
Maraq üçün bildirək ki, Yaponiyada çempionatlar fevralın 23-də başlayacaq. "Transfer pəncərəsi" isə martın 27-nə kimi açıqdır.
Qeyd edək ki, Mark Tamaşın "Neftçi" ilə 2025-ci ilin iyunun 30-na kimi müqaviləsi var.
Məsələ ilə bağlı klubun mövqeyini öyrənmək üçün "Neftçi"nin mətbuat katibi Emin Əfəndi ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı.