Qarabağın ilk şəhidləri onlardır -  Məzarları hələ də tapılmayıb
    • 22-02-2024, 17:55
    • 295

Qarabağın ilk şəhidləri onlardır - Məzarları hələ də tapılmayıb

Bu gün Qarabağda ilk şəhid verdiyimiz gündən 36 il ötür.

News24.az-ın məlumatına görə, Əsgəranda Qarabağın Ermənistana birləşdirilməsinə qarşı keçirilən etiraz mitinqində şəhid olan Əli Hacıyev və Bəxtiyar Quliyevin  anım günüdür. 

Onlar 1988-ci ildə Ermənistanın məkrli planlarına qarşı etiraz edərkən Əsgəran yaxınlığında şəhid olublar. Adı çəkilən ölkənin torpaq iddiaları da məhz həmin il başlayıb. 

Ondan bir gün əvvəl Azərbaycanda yalnız erməni deputatların iştirakı ilə keçirilən toplantıda Qarabağın Ermənistanın ərazisinə daxil edilməsinə qərar verilib. 

Bundan sonra regionun minlərlə əhalisi bu məkrli planın qarşısını almaq məqsədilə Ağdamın mərkəzində etirazlara başlayıb. 22 fevral səhəri silahsız soydaşlarımız Əsgərana yürüş ediblər. Qarşı tərəfin silahdan istifadə etməsi nəticəsində Əli Hacıyev və Bəxtiyar Quliyev həlak olub. 

Qeyd edək ki, hər iki şəhid Qarağacı kənd məzarlığında dəfn olunsa da, məzarları hələ də tapılmayıb.