Nyu Yorku Dublinə birləşdirən sirli portal
    • 9-05-2024, 22:40
    • 220

Nyu Yorku Dublinə birləşdirən sirli portal

Atlantik okeanının iki fərqli nöqtəsində Nyu-York və Dublini onlayn birləşdirən "The Portal" adlı yüksək texnologiyalı heykəllər açılıb.

News24.az xəbər verir ki, iki ölkə arasında həyatı 24/7 canlı yayımlayaraq virtual körpü yaradan heykəl zamansız və yenilikçi ideyası ilə diqqət çəkib.

New York City Portal Beşinci Avenyudakı Flatiron Binasının qarşısında, Dublin portalı isə O'Connell Street-də yerləşir.

Portalı litvalı rəssam Benediktas Gylys hazırlayıb. Gylys özünün yüksək texnologiyalı heykəltəraşlığını "Portallar insanları sərhədləri aşaraq görüşməyə dəvət edir. Bizə dünyamızı birləşmiş və həqiqətən olduğu kimi yaşamağa imkan verir" kimi təqdim edib.

Gylys, Portalı ictimai interaktiv incəsənət instalyasiyası kimi şəhərə gətirməkdən çox həyəcanlı olduğunu bildirib. O, əlavə edib:

"Biz küçələrimizin canlılığını nümayiş etdiririk. Nyu Yorklular və Dublinlilər arasında yeni bir insan əlaqə nöqtəsi təklif edirik".

Önümüzdəki aylarda hər iki şəhərdə mədəni tamaşaları paylaşmaq üçün sinxron proqramlar təşkil olunacaq.

Portal elm və texnologiyadan istifadə edərək dünyanın hər yerindən insanları bir araya gətirən yeni heykəltəraşlıq formasını təqdim edir.

Günel Məlikzadə