Aygün Bəylərin ifası, Veşoviçin "Qarabağ" rəqsi - VİDEO
    • 23-02-2024, 13:53
    • 159

Aygün Bəylərin ifası, Veşoviçin "Qarabağ" rəqsi - VİDEO

Xəbər verdiyimiz kimi, “Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.

Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.

Qarşılaşma bitdikdən sonra stadionda maraqlı anlar yaşanıb. “Qarabağ”ın futbolçusu Marko Veşoviç mərhum əməkdar artist Aygün Bəylərin ifa etdiyi "Qarabağ" mahnısının sədaları altında rəqs edib.

Teymur Məmmədov