-
- 23-02-2024, 17:24
- 108
Sumqayıtda yaşayış binasında yanğın
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.
News24.az FHN-ə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd sayğac, 5 ədəd qoruyucu açar və 3 p.m elektrik kabeli yanıb, yüksək temperaturdan plastik su borusu 0,1 p.m əriyib. Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.