Türkiyə XİN-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı bəyanatı
    • 24-02-2024, 11:54
    • 185

Türkiyə XİN-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı bəyanatı

Rusiya-Ukrayna müharibəsinin ikinci ili ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi belə açıqlama verib.

News24.az xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada Ukraynada müharibənin ikinci ili keçdikcə münaqişələrin Ukraynaya dağıdıcı təsirinin artdığı, regional və qlobal səviyyədə mənfi nəticələrin dərinləşdiyi vurğulanıb.

“Diplomatik prosesi canlandırmamıza imkan verəcək şərtlərin sonunda ortaya çıxacağına inanırıq”, - deyən açıqlamada bu anlayışla tərəflərə lazımi təkliflərin davam etdirildiyi də deyilib.

Bəyanatda, "Ukraynanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü əsasında ədalətli və qalıcı bir həllə nail olmaq üçün səylərimizi davam etdirəcəyik" deyilir.

Günel Məlikzadə