Şoyqu:"Ukrayna ordusu geri çəkilib" VİDEO
    • 24-02-2024, 12:05
    • 127

Şoyqu:"Ukrayna ordusu geri çəkilib" VİDEO

Ukrayna ordusu Avdeyevkadan azı 10 kilometr geri çəkilib.

News24.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mərkəzi Komandanlığın Qərargahındakı iclasda belə deyib. 

O vurğulayıb ki, qarşı tərəf silah-sursatla bağlı problemlərə rəğmən intensiv artilleriya hücumlarını davam etdirir. Nazir eyni zamanda pilotsuz uçuş aparatları ilə 700-dən çox hədəfin sıradan çıxarıldığını bəyan edib.