Qadın sənədsiz maşın sürdü, qəza törətdi
    • 24-02-2024, 19:00
    • 251

Qadın sənədsiz maşın sürdü, qəza törətdi

Türkiyədə sürücülük vəsiqəsi olmayan qadın qəza törədib.

News24.az xəbər verir ki, hadisə İstanbulun Küçükçekmece rayonunda yaşanıb.

Qəzaya səbəb qadının avtomobilin idarəetməsini itirməsi olub. Maşın ərazidə dayanan digər 4 avtomobilə çırpılıb.

Araşdırma zamanı sürücünün spirtli içki qəbul etdiyi də bəlli olub.

Mehriban Mirzəzadə