Aİ Kiyevdə müdafiə və innovasiya ofisi açacaq
    • 24-02-2024, 22:55
    • 172

Aİ Kiyevdə müdafiə və innovasiya ofisi açacaq


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) Kiyevdə müdafiə və innovasiya ofisi açmaq niyyətini açıqlayıb.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə avropalı diplomat Belçika, İtaliya və Kanadanın baş nazirləri ilə birgə mətbuat konfransında deyib.

“Ukrayna getdikcə Avropa təhlükəsizlik sistemində iştirak edəcək, məsələn, üç həftə ərzində təqdim edəcəyimiz müdafiə sənayesi strategiyasına daxil ediləcək. Biz Ukraynanın paytaxtında Biz müdafiə və innovasiya ofisini açacağıq”, - Lyayen qeyd edib.