-
- 25-02-2024, 14:59
- 219
Xirosimanın bombalanması zamanı əriyən saat bu qiymətə satıldı
1945-ci il avqustun 6-da Xirosimanın bombalanması zamanı əriyən saat hərracda 31 min dollara satılıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Bostonda yerləşən “RR Auction” şirkətinin məlumatına görə, saat əqrəbləri Yaponiya şəhəri üzərində atom bombasının partladığı anda – səhər saat 08:15-də dayanıb.
Hərrac evinin məlumatına görə, partlayışdan sağ çıxan nadir tapıntı olan kiçik mis saat digər tarixi əhəmiyyətli əşyalarla birlikdə hərraca çıxarılıb.
Hərrac evi bildirib ki, qol saatı şəhərin xarabalıqları arasından Britaniya əsgəri tərəfindən tapılıb.
Saatın yeni sahibi anonim qalmağa üstünlük verib.