Məktəbə təyyarə ilə gedir
    • 26-02-2024, 12:07
    • 103

Məktəbə təyyarə ilə gedir

Vankuverdə ev kirayəsi 2500 dollar olan universitet tələbəsi Tim Çen kirayəni ödəyə bilməyəndə çarəni ailəsinin yanına köçməkdə tapıb. Bununla belə, Tim Çenin ailəsinin yaşadığı Kalqari Vankuverdən 430 kilometr uzaqdadır. Çen həlli hava səyahəti ilə tapdı.

News24.az xəbər verir ki, Çen, Kalqaridən Vankuverə uçuşun təxminən 1 saat 40 dəqiqə çəkdiyini və uçuş üçün təxminən 110 dollar ödədiyini söylədi.

CTV News-a danışan Çen, həftədə iki dəfə hər iki gediş-gəliş üçün təxminən 150 dollar ödədiyini, bunun ayda təxminən 1200 dollar olduğunu söylədi və dedi: "Bu rəqəm şəhərdəki bir otaqlı mənzilin orta kirayəsinin yarısıdır".

Çen, "Mən hər gün məktəbə getmirəm, həftədə yalnız iki dərsdə iştirak etmək məcburidir. Ümumilikdə 3 saat dərsim var və dərsdən sonra avtobusa minib hava limanına gedirəm, oradan evə gedirəm".

Çen adi gününün avtobusa minmək kimi olduğunu deyərkən, may ayında məzun olacağını bildirərək, "Təyyarə ilə səyahət mənim üçün məzun olduqdan sonra bitəcək" dedi.

Günel Məlikzadə