Sibir soyuğu: mənfi 18,6 dərəcə
    • 26-02-2024, 12:30
    • 10 021

Sibir soyuğu: mənfi 18,6 dərəcə

Sibir soyuğu Ərdahana təsir etməkdə davam edir.

News24.az xəbər verir ki, şəhərdə havanın temperaturu gecə 18,6 dərəcə şaxtaya enib. Soyuq havanın dumanla birləşməsi nəticəsində ağaclar və bağ məhəccərləri şaxtaya bürünüb, fəvvarələr donub. Vətəndaşlar işləməyən avtomobillərini güclə işə sala biliblər.

Meteoroloji məlumatlara görə, şəhər mərkəzində ən aşağı temperatur sıfırın altında 18,6, Göle rayonunda -23, Damalda -18, Hanakda -19, Posofda -10, Çıldırda -15 olub.

Günel Məlikzadə